Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şamanist cütlük İslamı qəbul edib məscidləri gəzdi – VİDEO

05.03.2020 12:08

Şamanist Hindistan qəbiləsindən gəldilər, xristianlığı yayan missionerlər vasitəsi ilə tanış oldular, lakin özlərini islamda seçdilər.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Argentinada Hindistanın “Mapuche” qəbiləsinə mənsub olan və həyatlarının böyük hissəsini şamanizim inancı ilə yaşayan Rehue Calquin-Sofia Qonzales cütlüyü İncili oxuyub xristianlığı seçdikdən sonra beyinlərində dolaşan sualların cavabını Qurani-Kərimdə taparaq müsəlman olub.

İstanbuldakı məscidləri gəzib dua etdilər…

Tətillərini Türkiyədə keçirən 38 yaşlı Dr.Rehue Calquin və 33 yaşlı həyat yoldaşı Sofia Qonzales müsəlmanlığı niyə seçdiklərimi belə izah edib. Dr.Rehue Calquin 2011-ci ildə islamlı tanış olduqlarını deyərək “Biz bilirik ki, Allah birdir. Allahı çəkəcək hər hansı rəsm və ya heykəl də yoxdur. Allah bütün yaradılanların sahibidir. Əvvəlki inanclarımız da bizə bunu öyrədir. Mən bütün keçmiş inancların İslamın bir hissəsi olduğuna inanıram. İslam bütün bu dəyərləri özündə cəmləyə bilir. İslamın yolu azadlıq yoludur. Bəlkə də müsəlmanlarda olub, digər inanclarda olmayan ən əhəmiyyətli şey, dostluqdur” deyib.

Artıq getdikləri hər yerdə islamı təbliğ edəcəklərini söyləyən Calquin, Türkiyədə mənəvi olaraq çox rahatladıqlarını da dilə gətiriblər.