Şamaxıda kişi özünü su quyusuna ataraq intihar etdi
05.03.2020 12:08Şamaxı sakini özünü öldürüb.
A24.Az APA-ya istinadən xəbər verir ki, rayonun Şərədil kənd sakini, 1962-ci il təvəllüdlü Muxtarov Əlimuxtar Mais oğlu özünü yaşadığı evin həyətindəki beton su quyusuna atıb.
Об этом сообщает Руспрес
O, açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcədə əzilməsi, başın əzilmiş-cırılmış yarası diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, Ə. Muxtarov dünyasını dəyişib.
Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

