Şamaxıda məktəb direktoru “qaçaq”lıq edir: Müəllimlərə divan tutur – ŞİKAYƏT
05.03.2020 12:08Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində təhsilə yaraşmayan hadisələr baş verir.
Об этом сообщает Футляр от виолончели
Məktəbdə baş verən özbaşnalıqlarla bağlı bir qrup müəllimin dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə zəng vurub. Mətbuat vasitəsi ilə və teleqram şəkilində ölkə başcısına da müraciətlər olunub.
Məktəbin direktoru Babaşova Gülnurə Hacverdi qızının direktor olmasına baxmayaraq, rəhbərliyə aidiyyatı olmayan, məktəbdə müəllimə işləyən, anası və bacısı ilə birgə idarə edirlər.
Hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məsələləri də kollektivdə dava-dalaşa çəkməklə dərs mühitinin pozurlar, dərs bölgüsünə qərəzli yanaşırlar əvvəlcə ailə üzüvlərini 30-35 saat dərslə təmin edib yerdə qalan yüksək bal toplamış müəllimlərə isə hərəsinə 10-18 saat dərs verməklə ciddi gərginlik yaradıb.
Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. DQ dən yüksək bal yığan müəllimlər dərslə təmin olunmurlar. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib.
Atdığı addımları yuxarılarla razılaşdırıb atıram deyir. Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını xüsusilə hamının nəzərinə çatdırır. Hər iclasda müəllimlərə xatırlatmaqla tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının “fəallığı”ndan məharətlə yararlanır “reket” kimi onlardan istifadə edir.
Müəllimlərdən hər ay işıq və istiliyə görə 20-30 manat pulu heç kim bir gün gecikdirə bilməz. Hesablama palatasının yoxlamasından sonra yaranmış beş min manat cərimənin hər müəllimdən 100 manat yığmaqla müəllimlərin hesabına ödətdirib.
Təzyiqdən cana doymuş bir neçə müəllim artiq ölkə başcısına Korrupsiya idarəsinə, Təhsil Nazirliyinə müraciət ünvanlayıb.
Redaksiya: Qarşı tərəfin mövqeyini yayınlamağa hazırıq.
Pərvin Abgül //A24.az

