“Samsung”un zavodunda kütləvi dava – VİDEO
05.03.2020 12:08Vyetnamın şimalında yerləşən “Samsung Display” zavodunda kütləvi dava olub.
Об этом сообщает Роспрес
A24.Az Ria Novosti-yə istinadən xəbər verir ki, dava əməkdaşlardan biri ilə zavodun keşikçiləri arasında olub, bundan sonra kütləvi hal alıb.
Hadisə yerinə gələn polislər iki saatdan sonra davanı sakitləşdirə biliblər. İşçilərin hamısı zavodun həyətindən çıxarılıb. Mübahisənin nəyə görə böyüdüyü və kütləvi davaya yol açdığı hələ ki, məlum deyil.
Qeyd edək ki, Samsung Electronics — elektronika üzrə beynəlxalq istehsalçı şirkətdir, yarımkeçiricilər, telekommunikasiya avadanlığı, yaddaş kartları, plazma tv, mobil telefonlar və monitor çipləri istehsal edir. Şirkətin qərargahı Seulda yerləşir.

