“Santa Klaus” geyimli terrorçular İstanbulu qana boyadı, 39 nəfər öldü
05.03.2020 12:08Bu gecə İstanbulun Ortaköy adlanan hissəsində əyləncə mərkəzinə təşkil edilmiş hücum zamanı ölənlərin sayı 39 nəfrə çatıb,onlardan 16-sı xarici ölkə vətəndaşıdır. A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 69 nəfər isə xəstəxanalarda müalicə olunur.
Об этом сообщает Роспрес
Onlardan 4-nün vəziyyəti kritikdir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının 39-a çatmasını təsdiqləyib. Jurnalistlərə açıqlama verən nazir deyib ki, dünyada məşhur olan gecə klubuna təşkil edilmiş silahlı basqın terror aktıdır və xarici ölkə vətəndaşlarının öldürülməsi də bunu göstərir.
Bildirilir ki, “Santa Klaus” paltarında əyləncə mərkəzinə soxulan 3 silahlını zərərsizləşdirməyə çalışan polis əməkdaşı da olay yerində şəhid olub.
Hazırda bütün İstanbul ərazisində terrorçuların axtarışı həyata keçirilir.

