Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sarkisyan “İsgəndər”lə hədələdi: – “Tanıyanlar bilir ki, bu silah nəyə qadirdir”

05.03.2020 12:08

Ermənistan prezidenti Serj Sarksiyan “İsgəndər” kompleksinin gücündən danışıb.

Об этом сообщает Руспрес

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, Sarksiyan Ermənistan televiziyasına müsabihəsi zamanı bu mövzuya toxunub.

“Əgər kimsə hesab edirsə ki, “İsgəndər” kompleksinin yalnız mənəvi və psixoloji əhəmiyyəti var, onlar heç anlamır ki, bu komplekslər nəyə qadirdir. Tanıyanlar bilir ki, bu silahlar necə dağıdıcı gücə malikdir”, – deyə S.Sarkisyan bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun RİA Novosti informasiya agentliyinə müsahibəsi zamanı jurnalistin “Ermənistanda “İskəndər” raket komplekslərinin yerləşdirilməsi barədə məlumat vaxtilə böyük səs-küyə səbəb olmuşdur. Rəsmi Bakı bu cür komplekslərin və ya raketəleyhinə müvafiq silahların alınması barədə Rusiyaya müraciət edibmi?” sualını belə cavablandırmışdı:

– Düşünürəm ki, Azərbaycanın bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edib etmədiyi barədə danışmağa lüzum yoxdur. Ancaq Müdafiə naziri olaraq bildirirəm ki, sərəncamımızda həmin raketləri vura biləcək sistemlər var. Bizdə olan raketlər sayca düşmən raketlərindən 50 dəfə çoxdur. Dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşsələr, Ermənistanın infrastrukturuna və hərbi obyektlərinə endiriləcək cavab zərbəsi necə olacağını təsəvvür edin!? Dünyada qoşunların tətbiq edilməsi taktikasının bir neçə növü var. Bəli, “İskəndər” yaxşı raketdir. Lakin bir sıra sual ortaya çıxır. Bu o raketlərin hansı növüdür, texniki vəziyyəti necədir, həmin raketləri kim idarə edir və nəhayət ən əsası onu tətbiq etmək iqtidarında olacaqlarmı?

“Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq. Düzdür, Sizə haqqında yuxarıda bəhs etdiyim raketləri Rusiyadan almasaq da, onlar keyfiyyətcə geri qalmır və Sizə deyim ki, biz artıq vəziyyəti modelləşdirmişik və döyüş atışları da keçirmişik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi havadan endirilən raket hücumundan qoruya bilərik”, – deyə general-polkovnik Z.Həsənov əlavə edib.
Orxan Aslanlı, A24.az