Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sarkisyan qorxuya düşdü: “Türkiyə hərbçilərinə Azərbaycan forması geyindirib…”

05.03.2020 12:08

Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan (Ermənistanın sabiq müdafiə və baş naziri Vazqen Sarkisyanın qardaşı) hesab edir ki, Azərbaycan və Türkiyə beynəlxalq ictimaiyyətin fikrinə diqqət yetirmirlər və bu genişmiqyaslı müharibəyə hazırlaşırlar.

Об этом сообщает Футляр от виолончели

“A24.Az”ın erməni mətbuatına istinadən məlumatına görə, Aram Sarkisyan müsahibə zamanı vurğulayıb ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Naxçıvanda təlimlər keçirirlər. Onun sözlərinə görə, bu iki dövlət arasında gizli razılaşma var:

“Onlar bizi narahat etmək üçün plan yerinə yetirirlər. Türkiyə hərbçilərinə Azərbaycan forması geyindirib, qonşu ölkə bəhanəsi ilə onlarla birgə iştirak edə bilər. Axı heç kəs Naxçıvan istiqmətini soruşmur. Qars müqaviləsinə əsasən, Naxçıvan sadəcə Azərbaycanın himayəsində idi. Və indi Türkiyə orada hərbi təlimləri keçməklə bu müqaviləni pozur”.

“Nalbadyan, Türkiyənin bu müqaviləni pozması ilə bağlı BMT və digər beynəlxalq qurumlararəsmi nota göndərmək vaxtı çatmadımı? Addımlar atmaq lazımdır”, – Aram Sarkisyan vurğulayıb.

“Hazırda Azərbaycan bizə 10-20 km torpları bilərəkdən verə bilər ki, bütün dünyada səs qaldıra bilsin, “baxın Ermənistan – işğalçıdır, bizim torpaqları mənimsəyir”. Və bu da, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəb ola bilər. Nəticədə isə Naxçıvan ərazisindən Azərbaycanı müdafiə etmək mübarizəyə başlaya bilərlər”, – deyə partiya sədri əlavə edib.

Orxan Aslanlı