Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sarkisyan sərsəmlədi: İndi də köhnə silahlarını dünya ölkələri ilə müqayisə etdi

05.03.2020 12:08

“Bu gün ordumuz ən müasir silah növlərinə malik deyil” formulundan istifadə edə bilmərəm, amma qarşıya qoyulmuş vəzifələri həll etmək üçün kifayət qədər silah və sursat var”.

Об этом сообщает Роспрес

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan deyib. O, aprel savaşından sonra Almaniya mətbuatına verdiyi müsahibəni belə şərh edib.

Qeyd edək ki, 2016-ci ilin aprel hadisələri zamanı Serj Sarkisyan Almaniya mətbuatına müsahibəsində bildirib ki, erməni hərbçiləri əsasən 80-cı illərin silahları ilə döyüşürlər. “Birincisi, bu kontekst bir qədər fərqli idi. İkincisi, dünyada elə bil ordu yoxdur ki, ancaq müasir növ silahlara sahib olsun. Belə ordu, ümumiyyətlə yoxdur. Nə ABŞ, nə Rusiya, nə də hər hansı bir dövlət iddia edə bilməz ki, onların ordusu yalnız müasir silahlandırmaya malikdir. Heç bir ordu, heç bir dövlət bunu təmin edə bilmir. Ancaq hər ordunun qarşıya qoyduğu məsələləri həll etmək üçün kifayət qədər silahı olmalıdır”, – deyə Ermənistan prezidenti qeyd edib.

Sarkisyan əlavə edib ki, “bu gün ordumuz ən müasir silah növlərinə malik deyil” formulundan istifadə edə bilmərəm, amma qarşıya qoyulmuş vəzifələri həll etmək üçün kifayət qədər silah və sursat var.

Orxan Aslanlı