Sarkisyanın Moskva görüşünün arxasında nə dayanır? – “Putinə sığınmağa gedib”
05.03.2020 12:09Rusiya və Ermənistan prezidentləri iki gün əvvəl Moskvada görüşüblər.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
Budəfəki görüşün Qarabağ münaqişəsinin həllinə hansısa bir təsiri olacaqmı? Sarkisyanın bu səfərinin arxasında nə dayanır?
Bu sualları A24.Az-a politoloq və mütəxəssislər şərh ediblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə açıqlamasında, bu görüşdə “Qarabağ” münaqişəsinin həlli istiqamətində mühüm danışıqların olacağına ümid etdiyini bildirib:
“Ümid edək ki, münaqişənin həlli istiqəmətində hər hansı bir danışıqlar olsun. Və ona da ümid edək ki, ATƏT-in Minsk qrupu bu məsələdə prinsipial mövqe tutaraq Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasını tələb edəcək. Rusiya artıq özü də görür ki, Ermənistanın işğalçılıq siyasəti bir dövlət kimi onları məhv edir. Hər hansı bir inkişaf yoxdur, ölkəyə investisiya qoyulmur, əhali durmadan ölkəni tərk edir. Hardasa 10-20 ildən sonra Ermənistanda heç kim qalmayacaq. Prezidentlərin görüşlərində bu məsələ qaldırılmasa belə, hətta problemin həllinə təkan verəcək bir pozitiv razılıq əldə edilməsə, bundan zərərçəkən tərəf Ermənistan olacaq. Azərbaycan torpaqları işğal olunsa da, dövlətçiliyini qurub, iqtisadiyyatını qura bildi. Beynəlxalq aləmdə yüksək nüfuza sahib oldu. Ermənistan isə bu gün özünün acı tarixini yaşayır. Azərbaycan problemin istənilən yolla həllinə hazırdı. Ermənistana keçən ilin aprel ayında yaxşı bir dərs keçdik. Bu baxımdan Rusiya Ermənistana bu məsələdə təzyiq göstərsə, Ermənistan da bu deyilənlərə əməl etməsə, ilk növbədə itirən özü olacaq. Görüşlərdən imtina edilməsi, danışıqlardan boyun qaçırılması isə seçkiqabağı əhval ruhiyyə ilə bağlıdır. Daha çox Ermənistan ictimaiyyətinin milli hissləri ilə oynamağa çalışırlar. Ermənistan seçicisi üçün bu gün bir nömrəli məsələ Dağlıq Qarabağın Azərbaycandan qoparılmasıdır. Amma artıq bu gün ortada Bakı Sülh Platforması var. Artıq Ermənistan ictimai fəalları açıq şəkildə işğal edilmiş torpaqlardan Ermənistanın çıxmasını tələb edirlər”.
Siyasi şərhçi Arzu Nağıyev A24.Az-a açıqlamasında, Sarkisyanın Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdiyini bildirdi:
“Ermənistan prezidentinin Fransada olanda həm də Avropa Birliyində görüşlər keçirməsi Assosativ Tərəfdaşlıq müqaviləsi imzalanmasının müəyyən detallarının razılaşdırılması ilə bağlı idi. O çalışırdı ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məhz Avropada hər bir millətin öz müqqədaratını həll edilməsi üzrə atılan addımlarla bağlı müqaviləyə bir müddəa saldırsın. Eyni zamanda, həmin müddəa salınandan sonra artıq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müəyyən problemlər yarana bilərdi. Bu o deməkdir ki, artıq Avropa Rusiyanın əlindən Ermənistanı soyudur. Bu da onun forpostudur. Ümumiyyətlə, razılıq verə bilməzdi. Məhz bu baxımdan həmin o detalları müzakirə etmək, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təlimatlar almaq üçün S.Sarkisyan Rusiya prezidenti V.Putinlə görüşə gedib. Bu görüşdən Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir müsbət istiqamətdə addımların atılacağı o qədər də gözlənilən deyil. Çünki aprel ayının 2-də Ermənistanda seçkilər keçiriləcək. Və seçki öncəsi onların deputatlarının bizim deputatlarla görüşdən imtina etməsi, eyni zamanda Dağlıq Qarabağ adından istifadə edilməsi və sair… Çünki bu gün Rusiya Sarkisyandan daha çox gücünü, qüvvəsini K.Karapetyanın üzərində Rusiyanın adamı kimi cəmləşdirir. Bu kimi problemlər var və bu problemlərin Moskvada Putinlə çözülməsi Sarkisyan üçün vacib məsələdir. Sarkisyan bu gün iqtidarda qalmasa, bu proses hətta onun fiziki məhvinə qədər gedə bilər. Çünki Sarkisyan Qarabağ kartından istifadə edir və seperatçılara müstəqillik söz verib. Bütün bu müzakirələr Putinlə edilib”.
Politoloq Fikrət Sadıqov isə A24.Az-a açıqlamasında, prezidentlərin görüşünün “Qarabağ” probleminin həllinə heç bir müsbət nəticə gətirməyəcəyini vurğulayıb:
“Sarkisyan sadəcə olaraq çabalayır. Ya qərb ölkələrinə üz tutur, ya da Putinin yanına gedir. Onun əsas məqsədi, əsas götürdüyü istiqamət seçkilərdə qalib gəlməkdir. O yaxşı başa düşür ki, xarici amilin güclü təsiri olmalıdır. Rusiya onun yaxın mütəffiqidir və demək olar ki, bir çox məsələlər Rusiyadan asılıdır. Bunun üçün də gedib Putinə sığınır. Sarkisyan çalışır ki, həmişəki kimi Rusiyanın dəstəyini alıb, seçkilərdə qalib gəlsin. Sarkisyan çox yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək . Necə ki artıq edir. Rusiya özü də çox yaxşı anlayır ki, Azərbaycan öz torpaqlarını gec tez işğaldan azad edəcək”.
Orxan Aslanlı

