Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sarkisyanın öldürdüyü iki yaşlı azərbaycanlı qızı Zəhra

05.03.2020 12:09

Ermənistan dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərə hücum etdi. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Об этом сообщает Руспрес

Həmişə 2 yaşında qalacaq Zəhra üçün…
Hər gün

pəncərənin önünə qoyardılar onu…

Gülümsər gözlərilə

çöldə qaçdı-tutdu oynayan uşaqlara baxıb

xoşbəxt olardı Aişə.

Bu uzaq dostlarından

yıxılan olanda ağlayardı,

biclik edən görəndə gülərdi…

Hər ad günündə atasından hədiyyə istəyərdi Aişə.

İstəyərdi… hə… Qırmızı ayaqqabı istəyərdi.

Geyinərdi əllərinə xoşbəxt olardı,

sonra gəlinciklərinin ayağına tikərdi

bu qırmızı xoşbəxtliyini…

Gecə pişiklər damdan hoppanıb səs salanda

hövlank oyanardı Aişə…

Əllərinə baxardı…

sonra gülümsəyib mışıl-mışıl uyuyardı.

Hər gün səhərlər yuxusunu danışardı

gözləri qurumuş anasına.

Hamıdan bərk yüyürməyindən…

Gizlənqaç oynamağından,

Qonşu Məhəmmədin onu saatlarla axtarıb

tapa bilməməyindən.

Sonra işıq dolu gözlərini süzdürüb gülümsəyərdi…

Ah, Aişə… Aişə…

Yuxuda ikən televizorda gördüyü qalustuklu baba

Evlərinə bomba atmışdı…

Ah, Aişə… Aişə…

İki gün sonra ayılıb

o balaca, toppuş ayaqlarını tapmamışdı…

Bəxtiyar Elcan