Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sarkisyanın “qanuni oğru”larla VİDEOSU YAYILDI – 28 may 1993

05.03.2020 12:09

Erməni bloger Artsruni Avetisyan Ermənistan prezidenti Serj Sarkisyanın Aslan Usoyan (“Ded Xasan”), Razmik Amoyanom (“Çako”) kimi “qanuni oğru”larla əyləndiyi videomaterial dərc edib. Kef məclisinin nə münasibətlə və hansı restoranda təşkil edildiyi məlum deyil.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, təxminlərə görə, videolent 28 may 1993-cü ilə aiddir.

Serj Sarkisyanın bu görüşdən sonra, 1993-cü il avqustunda müdafiə naziri olduğu qeyd edilib.

Bəzi məlumatlara görə, “Ded Xasan”  prezidentliyə qədər Sarkisyana dəstək olub. 2008-ci ildə Serj Sarkisyan Ermənistan prezidenti seçilib və 2013-cü ildə yenidən bu postu tutub. Bütün bu vaxt ərzində kriminal avtoritetlərlə Ermənistan prezidentinin əlaqələri haqqında dəfələrlə materiallar hazırlanıb və bu video da onu təsdiq edir.

“Cinayətkar patriarx” adlandırılan Aslan Usoyan 2013-cü ilin qışında Moskvanın mərkəzində öldürülüb.

“Преступная Россия”nın (Cinayətkar Rusiya) yaydığı məlumata görə, bundan əvvəl 90-cı illərə aid videolardan birində deputat və biznesmen Zelimxan Musoev da görülüb.  Hazırda deputatın adamları internetdə kriminal avtoritetlərlə olan görüntüləri silməyə çalışırlar.

Vüsalə Əlövsətqızı,A24.Az