Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Şarli Hebdo” karikaturalarında yenə Aylanı çəkdi

05.03.2020 12:09

Fransada nəşr olunan satirik “Şarl Hebdo” jurnalı növbəti dəfə qalmaqallı karikaturaya imza atıb.

Об этом сообщает Руспрес

Saytımız xəbər evrir ki, nəşr bu dəfə Türkiyədə Bodrum sahillərində cəsədi aşkarlanan 3 yaşlı suriyalı mühacir Aylan Kurdini Avropadakı təcavüz hadisələri ilə əlaqələndirib.

“Riss” – Loren Sourissey (Laurent Sourisseau) imzalı karikaturada Aylan Kurdinin böyüyəndə Almaniaydakı təcavüzçülərdən biri ola biləcəyinə eyham vurulub.

“Qaçqınlar” başlıqlı karikaturada dairənin içində Aylan Kurdinin sahildə qalan cəsədi çəkilib və yanında, “Kiçik Aylan böyüyəndə nə olacaqdı?” yazılıb.

Bu sualın altında qaçan qadınları əlləri açıq vəziyyətdə qovan iki kişi çəkilib.

Karikaturanın altında isə fransız dilində əllə seksual xarakterli hərəkət edən mənasını verən “Tripoteur” – ifadəsi ilə “Almaniyada təcavüzçü” yazılıb.

“Şarl Hebdo”nun bu karikaturası sosial şəbəkələrdə kəskin etirazlarla qarşılanıb, jurnal irqçilikdə və islamafobiyada ittiham olunub.

“Şarl Hebdo” jurnalı bundan əvvəl də dəfələrlə müxtəlif qrupları, xüsusilə də müsəlmanları qıcıqlandıracaq karikaturalara imza atıb. Bu səbəblər bəhanə edilərək ötən il jurnalın binasında terror hadisəsi də törədilmişdi.