Sayt rəhbəri növbəti mükafatını aldı – Ukraynadan
05.03.2020 12:09Tanınmış jurnalist Cavid Şahverdiyev Azərbaycan və Ukrayna arasında mədəni, humanitar əlaqələrin və multukultral dəyərlərin inkişafında və möhkəmləndirilməsindəki xidmətlərinə görə Ukrayna Millətlər Assambleyasının Fəxri Fərmanı ilə təltif edilib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) təsisçisi, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri C.Şahverdiyev xaricdə yaşayan azərbaycanlılar arasında azərbaycançılıq ideologiyasını, milli-mənəvi dəyərlərimizi təbliğ etdiyinə, soydaşlarımızın sosial problemlərini, hüquqlarının qorunmasını ictimailəşdirdiyinə, Azərbaycan həqiqətlərini xaricdə yaydığına görə, bundan öncə də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Mükafatı – QIZIL BUTA-ya layiq görülüb.
Bundan başqa, o, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukrayna Gənclər Assambleyası ilə birgə təsis etdikləri “Qızıl pero” diplomuna, Türk Xalqları Mədəniyyəti Mərkəzi (Qazaxıstan), Gürcüstan Müsəlmanları İdarəsi, Türkiyənin Eskişəhər Valiliyi tərəfindən müxtəlif diplomlara mükafatlandırılıb.

