Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Seçkidən sonra: Ərdoğanın partiyası buraxılır, MHP-yə əlvida, daha nələr olacaq?

05.03.2020 12:09

Məncə, Erdoğan AKP – nin daxilində ciddi islahatlar aparacaq və hətta yeri gələrsə kriptoları təmizləmək üçün partiyanı belə buraxacaq.

Об этом сообщает Роспрес

Ən azından seçkilər bunu göstərdi. Erdoğan özü qazandı təkbaşına bu seçkiləri. Və Türkiyənin cənubi – şərqində əsasən “hə” çıxdı. Bunun da bir çox maraqlı məqamları var idi: terrordan yorulmuş xalq, Erdoğanın regionda artan gücü, İraqla münasibətlər, və.s. Amma həmin bölgədə əsas qutudan “bəli”nin çıxmasının əsas səbəbkarı yerli islamçılardan ibarət HÜDA-PAR üzvləri oldular, bunu da unutmaq olmaz… AKP – nin özəlliklə üç böyük şəhərdə “xeyr” – deyənlərə uduzmasının əsas səbəbi daxildə yaşanan parçalanma oldu.

15 iyul dövlət çevrilişinə cəhddən sonra AKP içindəki FETO – cuları təmizləmək yerinə iki yerə parçalanmışdı. Bu qütbləşmə mərhum Nəcmədddin Ərbakanın sədri olduğu Rəfah Partiyasında da var idi, amma “Salamçılar” deyə bilinən iranyönümlü islamçılar o dövrdə müstəqil hərəkət etməyə meylli idilər. Səudiyyə ilə isti münasibətlərin yaranmasından sonra Türkiyə siyasətində əl-qol açan sələfi ağırlıqlı “Qürəba” camaatı da Fəzilət Partiyasında aktivləşdilər və nəhayət AKP – nin güclü szö haqqına yiyələndilər. Bu iki qruplaşmanın yaratdığı ikitirəliyə ən böyük etirazı isə üç böyük şəhərdə “xeyr” – deyərək AKP – nin içindəki Anadolu türk müsəlman qruplaşmasının bir hissəsi bildirdi.

Bu insanlar 15 iyul hadisələrində özlərini tankların altına atıb Erdoğanı və Türkiyəni qorumuşdular. AKP – nin içindəki kripto FETÖ – çuları da unutmaq olmaz. Onları da yəqin ki, Erdoğan bir balaca başı ayılan kimi xüsusi olaraq “dəyərləndirəcək”. Onlar partiyadan təmizlənmədən 2019 – cu il seçkiləri çox sıxıntılı olacaq… Gələk MHP – yə…

Bu seçkilər göstərdi ki, hər nə qədər AKP – nin və ya Erdoğanın qalib gəlməsində MHP sədri Dövlət Baxçalı önəmli rol oynasa da, MHP də öz içindən yenilənməlidir. Xüsusən, referendum öncəsi ixrac olunanlar problemi yaşayan MHP Türk milliyyətçiliyi qavramına yenidən baxmalı və özünün vahid yol xəritəsini müəyyənləşdirməlidir. Bunu necə edəcəyini isə zamanın öhdəsinə buraxmaq olar… Hər halda, Türkiyədə keçirilən ümumxalq səsverməsində xaq seçimini etdi. Bizə isə həmin seçimə hörmətlə yanaşmaq qalır…

Araşdırmaçı – Jurnalist Oktay Hacımusalı //A24.az