Səddam Hüseynin nəvəsi Trampa məktub yazdı
05.03.2020 12:09Edam olunmuş İraq lideri Səddam Hüseynin nəvəsi Məsud Uday Amerikanın prezidenti Donald Trampa məktub yazıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Məsud prezidentdən İranda qohumlarının zorla saxlanılan cənazələrinin geri qaytarılmasında kömək etməsini istəyib:
“Babası edam olunmuş bir nəvə olaraq sizdən bir tələbim var. İran şiə silahlılarının zorla qaçırdıqları qohumlarımın cənazələri həmin ölkədə saxlanılır. Onlardan biri də babamın qardaşı Vatban İbrahim əl-Hasan əl-Tıkritidir. Bağdad həbsxanasında onu öldürüblər və xanımına təslim ediblər, ancaq şiə silahlıları onun nəşini qaçırıblar və hələ də əllərində saxlayırlar. İran höküməti atam Uday Səddam Hüseynin, əmim Kusay Səddam Hüseynin, əmim oğlu Mustafa Kusay Səddam Hüseynin və babamın digər qardaşı Barzan İbrahim əl-Hasan əl-Tıkritinin cənazəsini bizə təslim etmir. İranın əlində olan şəhidlərimizdən biri Avad Hamid əl-Bandar və digəri də Taha Yasin Ramazandır. Bütün cəhdlərimizə rəğmən, İran höküməti bizə müsbət cavab vermir. Bu vəziyyət beynəlxalq hüquqa və insan haqqlarına ziddir. Sizin bu mövzuda həssas olacağınıza və terrorizmin ən böyük dəstəkçisi olan İranın zorla saxladığı cənazələrin aid olduqları yerə qaytarılmasına köməkçi olacağınıza inanırıq”.

