Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

SEDET ART-ın yaradıcılıq səfərləri davam edir

05.03.2020 12:09

May ayının 14-ündə, “Uluslararası Aktivist Sanatçılar Birliyi”nin (UASB) Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başqanı Nəvai Metinin rəhbərliyi ilə fəaliyyət göstərən SEDET ART rəsm kurslarının bir qrup üzvü respublikamızın Şirvan bölgəsində plenar-tədbirdə iştirak ediblər.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, 2015-ci ildə “Yurdumuzu qarış-qarış gəzək” layihəsinin davamı olaraq keçirilən bu tədbir respublikanın müxtəlif bölgələrində təşkil olunur. “Şərq” qəzeti və ARB televiziya kanalının informasiya dəstəyilə keçirilən tədbirdə iştirakçılar canlı təbiət rəsmləri çəkərək, yurdumuzun əsrarəngiz gözəlliklərini ağ kağıza və kətana köçürmüşlər.

UASB-nin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metinin sözlərinə görə, “bu tədbir silsilə şəklində davam edəcək və gələcəkdə çəkilmiş bu əsərlərdən ibarət sərgi təşkil olunacaq. Onu da qeyd edim ki, bu tədbirlərə istənilən gənc rəssam qatıla bilər”.

Tədbirin sonunda SEDET ART rəsm qalereyasında plenar-tədbirdə iştirak edən rəssamlara diplomlar təqdim olundu. Təqdimatda tanınmış ziyalılar Mikayıl Bozalqanlı, Ehtiram İlham və Günay Nəriman öz çıxışlarında SEDET ART-ın fəaliyyətini müsbət dəyərləndirərək, iştirakçılara diplomlar təqdim etdilər.