Səfirliyimiz Dərbənddə saxlanılan azərbaycanlılar barədə məlumat yaydı
05.03.2020 12:09Azərbaycanın Rusiyadakı səfirliyi bəzi KİV-də yayımlanan məlumatlarda 300-dən çox azərbaycanlının Dağıstanda Federal Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanması xəbərini təkzib edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız rus KİV-lərinə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik Dağıstanın Federal Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin fevralın 9-da tikinti obyektlərində keçirdiyi reyd zamanı 185 nəfər saxlanılanması faktını təsdiqləyib. Səfirlik həmin şəxslərin Rusiya Federasiyasının ərzilərində qalmaq və işləmək izni olmadığı üçün saxlanıldığı faktını qeyd edib.
“Saxlanılanların sayı çox olduğu üçün zəruri prosedurlar və araşdırmalar aparılana kimi onlar idman zalında nəzarət altında saxlanılıb. Bütün prosedurlar bitəndən sonra fevralın 10-da nəzarət altına alınan hər kəs azadlığa buraxılıb”, – səfirlikdən bildirilib.

