Səhər Bakı-Sumqayıt yolunda kafe yanıb
05.03.2020 12:09Bakı-Sumqayıt yolunda kafedə güclü yanğın başlayıb.
Об этом сообщает Руспрес
Saytımızın məlumatına görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki “Pəhləvanlar” kafesində baş verib. Yanğın səhər saatlarında başlayıb və getdikcə güclənib. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.

