“Şəhərdə XIX və XX əsrin əvvəllərində tikilmiş binaların anasını ağladırlar” – Kulturoloq
05.03.2020 12:10“Bakı dəmiryolu vağzalının təmirdən sonra qədimliyi tamam yox edilib”.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bunu yazıçı-kulturoloq Aydın Xan Əbilov bir müddət bundan əvvəl Bakı Dəmiryolu Vağzalının təmir olunmasının qədimliliyinə xələl gətirdiyini şərh edərkən deyib.
Kulturoloq qeyd edib ki, 30 ildən sonra hər hansı tikili tarixi abidə, 50 ildən sonra isə qədim sayılır:
“İndi şəhərimizdə ağına-bozuna baxmadan sovet dövrü, hətta XIX və XX əsrin əvvəllərində tikilmiş binaların anasını ağladır, ya söküb dağıdır, ya əvəzinə göydələn ucaldır, ya da ən yaxşı halda artırmalar edir, divarlarını qaşıyır, ağardır, üzlük bahalı təbı daşları Çin istehsalı olan nazik örtüklərlə əvəzləyirlər ki,onlarda dəlisov Abşeron küləyinə, Xəzərin nəmişliyinə dözmürlər, aşınıb gedirlər. Dəmiryolu vağzalının nə köhnə binasının (indi orada ziyanlı tez-bazar yeməkləri satılan əcaib bir restoran var), həm də nisbətən sonrakı illərdə tikililən, sovetdənqalma üstü otelli yeni binasının eybəcər hala salıblar. Belə ki, binanı iki dəfə söküb təmirə qoydular – üzünmüddətli işlər bitəndən sonra, qədimi bahalı üzlü daşları ucuz Çin üzlük örtükləri ilə əvəzləyiblər və tarixilikdən əsər-əlamət qalmayıb, binanın altını çevirib ediblər böyük bazara – ticarət mərkəzinə, üstündəki mehmanxana nə oldu, onu dəqiqləşdirməyə heç həvəsim olmadı…”
“Nə deyəsən, çöl toplumuyuq, bizdə tarixə, qədimliyə, şəhərləşməyə qarşı qəribə allergiya var…”, – deyə Aydın Xan Əbilov əlavə edib.

