Şəhid polkovnikin xanımı məktəbə direktor təyin olundu
05.03.2020 12:10Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub.
Об этом сообщает Руспрес
Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.
N.Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. //Qafqazinfo

