Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Şəhid xanımını təhqir edən icra başçısı dərhal işdən qovulmalıdır”

05.03.2020 12:10

Xəbər verdiyimiz kimi, dünən Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin həyat yoldaşı Bahar Əliyeva Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov tərəfindən təhqir olunaraq qovulduğunu iddia etmişdi.

Об этом сообщает Футляр от виолончели

Elə dünəndən başlayaraq da şəhid xanımının bu iddiası sosial şəbəkələrdə geniş şəkildə müzakirə edilir. Əksər şəxslər adı hallanan icra başçısının dərhal vəzifəsindən uzaqlaşdırılmasını tələb edir. Həmin şəxslərdən biri də tanınmış hüquqşünas Ələsgər Əhmədoğludur.

A24.az xəbər verir ki, Ə.Əhmədoğlu feysbuk hesabında bunları yazıb:

“Şəhid ailəsinə bu ləyaqətsiz sözləri deyən şəxs dərhal rədd olub getməlidir! O vəzifədə qaldığı müddətcə onun ləyaqətsizliyinə onu orada saxlayanları ortaq edəcək”.
Xatırladaq ki, şəhidin xanımı Bahar Əliyeva müraciətində bunları bildirmişdi:

“İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, “zırıldama, rədd ol çölə, vaxtımı alma”, deyib qovdu”.