Şəhidin həyat yoldaşından cəsarətli addım – Onun silahdaşları ilə birlikdə düşmənə qarşı döyüşəcək
05.03.2020 12:10Ağrıda PKK-lı terrorçularının təxribatı nəticəsində şəhid olan çavuş Məmməd Gücüyetməzin həyat yoldaşı 22 yaşlı Tuba Gücüyetmez, Ağrı rayonunda Jandarm Komandanlığında könüllü təhlükəsizlik növbətçisi olaraq çalışmağa başlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az türk mediasına istinadən xəbər verir ki, mayın 11-də Tendürek dağında PKK-lı terrorçulara qarşı əməliyyatda 23 yaşlı Jandarma Çavuşu Məmməd Gücüyetməz ilə 24 yaşlı Kapral Alper Sevən şəhid olub.
Ərzurumda keçirilən yas mərasimində Çavuş Məmməd Gücüyetməzin iki ay əvvəl evləndiyi həyat yoldaşı Tuba da iştirak etmiş, həyat yoldaşının Türk bayrağına sarılı tabutunu salamlayaraq, “Həyat Yoldaşım və Alpər çox yaxşı iki dost idi. Ölümə də birlikdə getdilər” demişdi.
Məmməd Gücüyetməzin cənazəsinin doğulduğu Hatayda torpağa tapşırılmasından sonra Ağrıya gələn Tuba Gücüyetməz, həyat yoldaşının şəhid olduğu bölgədə könüllü təhlükəsizlik növbətçisini olacağını deyib və Tuba xanımın bu istəyi rəhbərlik tərəfindən qəbul edilib.
Tuba Gücüyetməz istəyi ilə Xüsusi Təyinatlı Batalyonda həyat yoldaşı Məmməd Gücüyetməzin silahdaşları ilə birlikdə Tendürek Dağında növbə tutaraq, terrorla mübarizədə hərbçilərlə eyni sırada dayandı. Tuba Gücüyetmez duyğularını belə izah etdi:
Həyat yoldaşımın işini davam etdirməyi özümə vəzifə bildim. Qanımın son damcısına qədər ölkəm və bayrağım uğrunda mübarizə etməyə davam edəcəyəm. Məmmədim mənim bu etdiyimi görsəydi, mənim onunla fəxr etdiyim kimi o da mənimlə fəxr edərdi”, – deyə Tuba Gücüyetməz əlavə edib.
Orxan Aslanlı // A24.Az

