Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəki sakini dərəyə yıxılaraq öldü

05.03.2020 12:10

Şəkidə 80 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Об этом сообщает Роспрес

Hüquq-mühafizə orqanlarından verilən  məlumata görə, bu gün səhər saatlarında  rayonun Küdürlü kənd sakini, 1937-ci il təvəllüdlü Zakir Murtuz oğlu Şabanov kəndin inzibati ərazisindəki dağlıq ərazidə qoyun otaran zaman ehtiyatsızlıqdan dərəyə yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

80 yaşlı Zakir Şabanov yaxınlarının köməkliyi ilə yaşadığı evə aparılıb. Zakir Şabanov evə gətirildikdən bir qədər sonra aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. //APA