Sekslə məşğul olmaq üçün ən yaxşı gün və saat hansıdır?
05.03.2020 12:10İngiltərədə keçirilən sorğunun nəticələrindən məlum olub ki, cütlüklərin 44 faizi sekslə məşğul olmaq üçün şənbə gününü daha münasib hesab edirlər. Sevgililərin 24 faizi bazar günü, 22 faizi isə cümə günü cinsi əlaqəyə girməyi daha çox istədiklərini bildiriblər.
Об этом сообщает Роспрес
Dünyada insanların sekslə ən çox məşğul olduqları vaxt isə şənbə günü, 19:37 radələridir.Psixoloqlar sevişmək üçün ən uyğun vaxtın həftənin şənbə günü olduğunu təsdiq edir:
Psixoloqların sözlərinə görə ,seks rahatlanmaq, sevişməyin və toxunma hissinin verdiyi həzzdən ləzzət almaq, həzz alıb, həzz verə bilmək, ruhu və bədəni paylaşa bilmək sənətidir.
İnsanın yaşamaq üçün əsas ehtiyacı yemək, içmək, nəfəs almaqdır. Ən azından yemək və geyinmək kimi ehtiyaclarımızı qarşılamaq üçün işləməliyik. Ancaq işləyərkən keçirdiyimiz stress və gündəlik qayğılar seks haqqında düşünməyimizə və seksdən həzz almağımıza maneə ola bilir. Bu baxımdan cinsi əlaqə üçün ən uyğun günün şənbə olması fikri ilə razılaşıram. Çünki insanlar ən çox şənbə günləri özlərini rahat hiss edirlər.
Stress riski azalır və ertəsi gün bazar olacağı üçün rahatlaşıb, seksə daha çox vaxt ayırmağa, özlərini uzun-uzun ön sevişmə ilə məşğul olmağa hazır hiss edirlər.Mütəxəsislər münasibətləri və sağlamlıqları normal olan cütlüklərin həftədə 2-3 dəfə sekslə məşğul olduqlarını bildirir. Ona görə də cütlüklər üçün cinsi əlaqə ancaq şənbə günü ilə məhdudlaşa bilməz.Hər bir cütlük özləri üçün ən uyğun günü və saatı müəyyənləşdirməlidir.
Həftə ərzində cütlüklərin neçə dəfə sekslə məşğul olmaları ilə bağlı standart rəqəm, statistika yoxdur. İnsanlar partnyorları ilə razılığa gələrək istədikləri qədər cinsi əlaqəyə girə bilərlər. Bunun azlığı və ya çoxluğu zərərli deyil. Amma kişi və ya qadın olmasından asılı olmayaraq hər bir fərd partnyorunun istəklərini də nəzərə almalıdır. Mütəxəsislər həmçinin bildiri ki, seks həyatından məmnun olmaq istəyənlər partnyorları ilə saatları dəqiqləşdirməlidilrər. Yəni, öncədən hansı gün hansı saatda sevişəcəklərini müəyyənləşdirməlidir.
Bəzi araşdırmaların nəticələri göstərir ki, daha yaxşı seks həyatı üçün cinsi əlaqə öncədən planlaşdırılmamış şəkildə həyata keçirilməlidir. Ancaq daha sonra mütəxəssislər bu mövzunu araşdırdılar və cütlüklərin seks həyatına rəng qatmaq üçün ən yaxşı üsulun öncədən razılaşmaq olduğunu qəbul etdilər. Çünki bu insanları seks üçün xüsusi bir vaxt ayırmağa, özəl bir dəvətə gedirmiş kimi hazırlaşmağa və eşq oyunları oynamağa vadar edir. //qadınklubu.com

