“Selfie” ölümlərində hansı ölkə birinci yerdədir?
05.03.2020 12:11Son illər artan “selfie” ölümlərindən sonra yeni bir araşdırma yayımlanıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, ABŞ-dakı Carnegie Mellon və Hindistandakı İndraprastha Texnologiya İnstitutunun apardığı araşdırmaya görə, “selfie” çəkərkən ən çox ölümlə nəticələnən qəza Hindistanda meydana gəlib.
Aparılan araşdırmaya görə, 2014-cü ilin mart ayından bu günə qədər təqribən 127 kişi selfi çəkərkən ölüb. Bu qurbanların 76-sı isə Hindistanda, ölümcül selfi məkanlarında 9 ölümlə ikinci sırada Pakistan gələrkən, ABŞ 8 ölümlə üçüncü, Rusiya isə 6 ölümlə 4-cü yerdədir.

