Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəmkirdə bacısını oğlanla tutan şəxs onun “sevgilisi”ni öldürdü

05.03.2020 12:11

Şəmkir rayonunda 2000-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində qətl törədilib.

Об этом сообщает Футляр от виолончели

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən 17 yaşlı Həsrət Xəlilov törətdiyi cinayəti etiraf edib.

Məlum olub ki, hadisə oktyabrın 20-də, axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib. Kənd sakini Həsrət Xəlilov həmkəndlisi, 1989-cu il təvəllüdlü Tural Məmmədovu ürək nahiyəsindən bıçaqlayaraq, onu öldürüb.

İstintaqa ifadə verən Həsrət Xəlilov bildirib ki, bacısını Turalla görüşərkən görüb və bu səbəbdən oğlanı öldürmək qərarına gəlib.

Tural Məmmədovu ürək nahiyəsindən vurduğunu deyən şübhəli şəxs əlavə edib ki, bacısını da öldürmək istəyib. Amma cinayəti axıra çatdıra bilməyib və polis tərəfindən yaxalanıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir.