Şəmkirdə narkomanlar xəstəxanaya basqın edib
05.03.2020 12:11Şəmkirdə narkotik maddələrin təsiri altında olan şəxslər xəstəxanaya basqın ediblər.
Об этом сообщает Руспрес
Saytımızın əldə etdiyi məlumata görə, şəxsiyyətləri hələ ki, məlum olmayan 4 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxasının Travmatologiya şöbəsinə gələrək orada hay-küy salıblar. Onlar, həmçinin xəstələrə və yaxınlarına təzyiq göstərərək xuliqanlıq ediblər.
Narkotik maddələrin təsiri altında olan şəxslər həmin şöbədə işləyən İlhamə adlı tibb bacısının 600 manat dəyərində olan mobil telefonunu da otaqdan götürərək hadisə yerindən uzaqlaşıblar.
Xəstəxana əməkdaşlarının sözlərinə görə, bu cür faktlar xəstəxanada tez-tez baş verir.
Faktla bağlı araşdırma aparılır.

