Şəmkirdə qadın özünü qatarın altına atdı
05.03.2020 12:11Şəmkir sakini intihara cəhd edib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, rayonun Zəyəm qəsəbəsində 1993-cü il təvəllüdlü Pərvanə İsmayılova özünü hərəkətdə olan qatarın altına atıb. Ağır bədən xəsarətləri alana qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, P. İsmayılovanın intihara cəhd etməsinin səbəbi həyat yoldaşından boşanması olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

