Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəmkirdə QƏTL: 2 manat pul, mobil telefon, “VAZ-2107″yə görə

05.03.2020 12:11

Şəmkirdə qətl hadisəsi baş verib. A24.Az xəbər verir ki, Rayonun Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də rayon sakini Namiq Babayevə bıçaqla xəsarət yetirib, 2 manat pulunu, mobil telefonunu və “VAZ-2107” markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Eşqin Murtuzov tutulub.

Об этом сообщает Роспрес

N.Babayev yanvarın 21-də xəstəxanada ölüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı bir neçə gün əvvəl məlumat yaymışdı. Bildirilirdi ki, Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qisimində oturub, Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib, 2 manat pulunu, mobil telefonunu alaraq və onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata almasını bildirib.