Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sənətdən sənət yaradan adam

05.03.2020 12:11

Azərbaycanlı sənətkar əl əməyi xalçalara fərqli dizaynlar verərək yenidən ortaya çıxarıb.

Об этом сообщает Футляр от виолончели

Sənətkar Faiq Əhməd köhnə xalçalara yeni formalar qazandırması ilə tanınır.

O, Azərbaycanın ənənəvi xalça ornamentlərinə özünəməxsus motivlər əlavə edərək modern sənət nümunələri yaradır. Yüz illik xalça modellərinə mutasiyaya uğradırmış kimi fərqli dizaynlar verən Faiq Əhmədin əsərləri dünyanın 40 ölkəsində sərgilənir.

Əsərlərinin necə meydana gəldiyini açıqlayan Əhməd, dizaynlarını kağız üzərində əks etdirdiyini, daha sonra onları xalça toxuyan emalatxanalara verirdiyini deyir.

O hazırladığı modelləri fərqli ölkələrin xalça modelləri üzərində sınaqdan keçirir. Bunun üçün Azərbaycan, Cənubi Azərbaycan, İran, Türk xalça modellərindən istifadə edir.

Qeyd edək ki, Faiq Əhməd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin heykəltəraşlıq fakütəsini bitirib. Onun sənət əsərləri Amerika, Fransa, İngiltərə və Almaniya başda olmaqlar, dünyanın 40 ölkəsində sərgilənir.