“Sənsiz çox çətindir, canım atam…” – Yaşar Nurinin qızı
05.03.2020 12:11“Canım atam, sənsiz 5 il, çox çətindir… Allah sənə rəhmət eləsin!”
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, bunu bu gün vəfatının 5 il keçən Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva bildirib.
Atasının ölümü ilə hələ də barışa bilmədiyini vurğulayan Ü.Nuriyeva daha sonra bunları yazıb:
“Ürəyimdə olanları yazsam, yer çatmaz! Sən hər zaman qəlblərdəsən! Həmişə yaşayan, yaşadan Yaşar Nuri!!!”
Xatırladaq ki, Xalq artisti Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında vəfat edib, 2-ci fəxri xiyabanda dəfn olunub.

