Serbiyada Bəhram Bağırzadənin kitabı nəşr olundu
05.03.2020 12:11Serbiyanın paytaxtı Belqradda Azərbaycanın bu ölkədəki səfirliyinin köməkliyi ilə “Mənim sevimli yeməklər” adlı kitabının serb dilində tərcüməsi nəşr olunub. Kitabın müəllifi Bəhram Bağırzadənin verdiyi məlumata görə, kitabın tərcüməçisi uzun müddət ölkəmizin Serbiyadakı səfirliyində çalışmış Nərgiz Məmmədovadır. “A24.az” show.az-a istinadən bildirir ki, Bu kitabın sayəsində serblər dünyanın ən məşhur və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxini kəşf edəcəklər. Bəhram Bağırzadə bildirdi ki, bundan sonra serb qadınları öz qohum və yaxınlarını dolma, bozbaş, düşpərə, qutab, məşhur “Qarabağ” tortu, şəkərbura, Bakı paxlavası və unikal Azərbaycan mürəbbələrinin reseptləri ilə sevindirə biləcəklər.
Об этом сообщает Футляр от виолончели
Xatırladaq ki, Bəhram Bağırzadənin kitabı ingilis, alman, fransız, italyan, çin, ərəb və türk dillərinə artıq tərcümə olunub. Hazırda kitab latış və polyak dillərinə tərcümə olunur.
Qeyd edək ki, “Mənim sevimli yeməklər” kitabı, sadəcə, qədim, heyranedici reseptlər toplusu deyil. Bu, eyni zamanda bütün dünyanın insanlarına məhəbbətə, hörmətə və dadlı təamlara söykənən Azərbaycan xalqının dərin ailə ənənələrinə toxunmaq dəvətidir.

