Sərgən Yalçın istefa verdi
05.03.2020 12:11Sərgən Yalçın, “Əskişəhərspor”un Türkiyə Kubokunun 3-cü turda Ərzincanspor ilə qarşılaşacağı oyun öncəsi istefa verəklərini açıqlayıb.
Об этом сообщает Роспрес
A24.Az türk mediasına istinadən xəbər verir ki, Sərgən Yalçın və qrupu son dəfə “Əskişəhərspor”un rəhbəri postunda oyuna çıxacaq.
Mətbuata açıqlama verən Sərgən Yalçın bildirib ki, yaşadığımız problemlər bəllidir: “Biz qarşımıza hədəf qoyan bir komandayıq. Gəldiyimiz nöqtədə elə bir görüntü yoxdu. İki gün əvvəl prezidentlə görüş keçirib son iki oyunumuzun olacağını demişdim. Biz dəyəri çox yüksək olan bir komandayıq. Hədəf olmayan bir yerdə belə yüksək xərcli bir qrupun işinin məntiqli olmadığını da demişəm. Dünən gələn 3 xallıq cəza da müqavimətimizi tamamilə qırdı, motivasiyamızı itirdi. Klubun içində olduğu vəziyyət bizi bu hala gətirdi, amma bu arena da bu hala biz gətirməmişik. Heç bir maddi gözləntim yoxdur. Tutduğum vəzifədən gedirəm. “Əskişəhərspor”a uğurlar arzulayıram, komandayla son matçım olacaq. Rahat çalışma imkanı tapmadıq, məcbur işləməyin faydası yoxdur”, – deyə S.Yalçın əlavə edib.
Orxan Aslanlı // A24.Az

