Sərhəddə toqquşmalar yaşanır: Ermənilər rus silahıyla “şou” göstərir – Bu raket nəyə qadirdir?
05.03.2020 12:11Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
Об этом сообщает Футляр от виолончели
Müdafiə Nazirliyindən A24.Az-a erilən məlumata görə, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.
İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.
Ermənistanın Azərbaycan qarşı istifadə etdiyi “OSA” zenit raket kompleksi texniki göstəriciləri bunlardır:
OSA (9К33) — özüyeriyən zenit raket kompleksidir (NATO sinifləşdirməsinə əsasən adı: SA-8 «Gecko»).Kompleks motatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. Rusiya istehsalıdır. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülüb. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və yüksək vurma qabiliyyətinə malik olduğu bildirilir.
OSA sistemində istfadə olunan raketlər bərk yanacaq əsasında işləyən bir pilləli raketlərdir. SA-8a tipli raketlə 10 km, SA-8b tipli raketlə isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partadıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m-də yerləşir.
Atma sistemi və lazım olan radar və kompyüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (BAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. O həmçinin suda üzə bilir.
Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radar işləmə məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir. və 20-25 km arasında fəaliyyət göstərir. Raketi idaə etmək üçün iki müxtəlif tezliklə işləyən ötürücü kanallar mövcuddur.
Bu sistemin hədəfi vurma ehtimalı 35 və 85 % arasında qiymətləndirilir.OSA-AK və OSA-AKM sistemlərində bu 55 -85 % arasında yerləşir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər.
Tətbiq olunduğu ölkələr:
Azərbaycan
Əlcəzair
Ermənistan
Bolqarıstan
Ekvador
Yunanıstan
Hindistan
İraq
İordaniya
Küveyt
Liviya
Polşa
Rumıniya
Rusiya
Suriya
Türkmənistan
Belarus

