Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sarkisyan həyasızcasına Azərbaycanı təhdid etdi: “Gözümüzü qırpmadan İsgəndər raketlərinin istifadəsi üçün əmr verə bilərik”

05.03.2020 12:12

Ermənistan prezidenti Serj Sarkisyan İsgəndər raketlərinin istifadəsindən çəkinməyəcəklərini ifadə edib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan işğal etdikləri Dağlıq Qarabağdakı əsgərlərlə və onların ailələri ilə bir araya gəlib. Görüş zamanı çıxış edən Sarkisyan “Bu gün lazım olarsa Ermənistanın baş komandanı gözünü qırpmadan İsgəndər raketlərinin istifadə edilməsi üçün əmr verə bilər. Qonşu ölkədəkilər də bunu çox gözəl anlayır”, – deyə çıxış edib.

Sarkisyan bundan başqa, “Bu gün əlimizdə müharibə üçün susamış qonşumuzun torpaqlarında yer alan ən əhəmiyyətli infrastruktur və obyektlər başda olmaqla bütün istiqamətləri hədəf alan möhtəşəm və müasir silah gücümuü var” kimi ifadələr işlədib.