Sərnişin müsəlman olduğu üçün təyyarədən düşürüldü
05.03.2020 12:12İngiltərə vətəndaşı olan müsəlman müəllimin Nyu-York təyyarəsindən düşürülüb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, İngiltərə mətbuatında qeyd edilən xəbərə əsasən, müəllim olan 25 yaşlı Miyah ötən həftə bir məktəbə getdiyi zaman Reykyavikdən ABŞ-a uçmağa hazırlaşarkən hava limanında əvvəl geyimləri çıxarılaraq üzərində axtarış edilib, sonra isə təyyarədən düşürülüb. Təyyarədə digər sərnişinlərin qarşısında rüsvay olduğunu deyən Muhəmməd Juhel Miyah onunla cinayətkar kimi davrandıqlarını deyib:
“Bu halla heç kim qarşılaşmamalıdır. Mən bütün qaydalara əməl etdim. Lakin yenə də mənə qarşı kobud rəftar etdilər. Onlar qarşısında çox aciz vəziyyətə düşdüm. Heç nə edə bilmədim. Məncə, bu vəziyyətə düşməyimin yeganə səbəbi müsəlman olmağımdır”.

