Sərxanın vəziyyəti pisləşdi
05.03.2020 12:12Maşın şouda gərgin anlar yaşanıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, “Maşın” şounun iştirakçılarından olan Sərxan ifaçı Təranə Qumralla aralarında baş verən qalmaqaldan danışıb:
“Mənə xalq dəstək oldu, onların qarşısında baş əyirəm. Oyundayam, amma oyun oynamadım. Mənimlə oyun oynamaq istəyənin cavabını siz verdiniz və yola saldınız. Müxtəlif formada təhqir olundum, cavabını o dəqiqə verdim. Təranə Qumral məni zəif və kimsəsiz hədəf seçdi, əmin idi ki, qalib gələcək. Ancaq xalqı düşünmədi. Təranə və Musa ilə heç bir pis münasibətim yoxdur. Onu da başa düşürəm ki, qalib olmaq istəyirdi, sadəcə hədəfi yanlış seçdi. Mən ölərəm, amma söz altında qalmaram. Təranə Qumrala demək istəyirəm ki, bu bir oyundu, ciddi qəbul etməsin, sənətində ona uğurlar arzu edirəm. Sadəcə hədəfi düz seçməli idi”.
Müğənni Təranə Qumral ilə aparıcı Sərxan Kərəmoğlu arasında olan qalmaqaldan sonra aparıcının vəziyyəti pisləşib. Həkimlərin müdaxiləsindən sonra aparıcının vəziyyəti normala qayıdıb.
Qeyd edək ki, ötən gün yarışmada Təranə Qumral səs topladığı təqdirdə Sərxan Kərəmoğlunu uzaqlaşdıracağını demişdi. Nəticədə müğənni daha çox “getsinə” səs yığıb və oyundan özü uzaqlaşıb.
Elvin Paşazadə

