Sərxoş sürücü avtomobili aşırdı – Ölü və yaralı var
05.03.2020 12:12Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Ramin Zülfüqarova məxsus “VAZ-21099” markalı avtomobil aşıb. A24.Az xəbər verir ki, nəticədə avtomobildə olan şəhər sakini Fuad Qasımov hadisə yerində ölüb, R.Zülfüqarov isə xəstəxanaya yerləşdirilib.
Об этом сообщает Роспрес
Araşdırmalarla onların hər ikisinin sərxoş halda olması müəyyən edilib və R.Zülfüqarov avtomobili F.Qasımovun idarə etdiyini bildirib.
Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

