Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanı ABŞ-dan raket əleyhinə silah alır

05.03.2020 12:12

Səudiyyə Ərəbistanı “THAAD” raket əleyhinə müdafiə sistemləri alır.

Об этом сообщает Руспрес

“A24.Az” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti THAAD (Terminal Area High Altitude Defense) raket hücumundan müdafiə komplekslərinin “Xarici hərbi satış” proqramı çərçivəsində Səudiyyə Ərəbistanına tədarükünü bəyənib.

İki dövlət arasında imzalanan sazişin ümumi dəyəri təxminən 15 mlrd. ABŞ dolları təşkil edib. Pentaqondan bildirilib ki, müqavilənin həyata keçirilməsi, İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman Abdül Əziz əl Saud 5-7 oktyabr tarixlərində Moskvada rəsmi səfərdə olub. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi əməkdaşlığa dair 3 milyard ABŞ dolları dəyərində müqavilə imzalandığı bildirilib.

Orxan Aslanlı / A24.az