Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib
05.03.2020 12:12Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Об этом сообщает Руспрес
A24.az-ın məlumatına görə, Əbdüləziz Al Səudun məktubunda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm”.

