Səudiyyə Ərəbistanı “Mülayim İslam” anlayışına keçir! – Bu vaxta kimi RADİKAL idi? – Elşad Miridən sərt ittihamlar
05.03.2020 12:12Səudiyyə Ərəbistanı ekstremizmə qarşı yeni mərkəz yaratmağı planlaşdırır.
Об этом сообщает Руспрес
A24.Az xarici KİV-ə istinadən bildirir ki, mərkəz Mədinə şəhərində açılacaq və burada hədisləri toplamaq, öyrənmək, təsnif etmək üçün İslamın ən nüfuzlu alimləri fəaliyyət göstərəcək. Bundan başqa mərkəzdə Muhəmməd peyğəmbərin həyatından, etdiklərindən və dediklərindən istifadə olunacağı da qeyd edilib.
Səbəb isə hazırda İŞİD, Əl-Qaidə və Taliban kimi terror təşkilatlarının öz ideologiyalarını müxtəlif hədislərdən istifadə etməklə yaymaları və qanlı əməllərinə hədislərdən istinad gətirməklə haqq qazandırmalarıdır.
Bəs bu vaxta kimi Səudiyyə Ərəbistanında mövcud olan din necə bir din idi, nəyi aşılayırdı ki, bəzi terror qruplaşmaları da bundan faydalanaraq öz ideologiyalarını həyata keçiriblər? Bununla ərəb ölkəsi nəyi dəyişdirməyə çalışacaq?
“Ərəb şahzadəsi bildirib ki, Səudiyyə Ərəbistanında mülayim İslam anlayışına keçilir. Birinci növbədə bunun özü yanlış yanaşmadır. Bununla nə demək istəyirlər? Etiraf edirlər ki, biz indiyə qədər mülayim yox, radikal olmuşuq?!”
Bu sözləri “A24.az”a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib:
“İslamın mülayimi, radikalı, ortası olmur! İslam bir dindir, sizə bir həyat tərzi təqdim edir. Bunu, həyat tərzini qəbul edib yaşamağınıza görə eləyib. Amma siz radikallığınızı islamla əlaqələndirirsinizsə, bu İslamın problemi deyil, bu sizin probleminizdir. Amma indiki məsələdə bilmirəm xəbəriniz var, ya yox, ən çox “Mülayim İslam” anlayışını dünyada tanıdan Fəthullah Gülənin camaatı idi. Amma nəticədə gördük ki, “Mülayim İsam” analyışının altında nələr dururdu?! FETO terror təşkilatı Türkiyədə çevriliş etməyə cəhd göstərdi, amma alınmadı. Bu günləri də görürük ki, insanları hansı formada zonbiləşdirir, manqurtlaşdırırlar ki, bizdən olmayanı kafir kimi görüb öldürməyi özlərinə əsas bilsinlər. Ona görə də bu məsləyə belə yanaşmaq lazımdir:
Birincisi, “Mülayim İslam” anlayışının özü də yanlışdır. “Mülayim İslam” deyəndə sanki arxasında radikal islamın olduğunu izah edir. Sadəcə olaraq Avropa və Qərb dünyasının bu günləri insanlara təqdim elədiyi “Terror bərabərdir İslam” (Terror=İslam) anlayışına uyğun ifadəni fərqli şəkildə təsdiq edərək, insanlara başqa bir formada təqdim etməkdir. Yəni bu heç bir şəkildə doğru qəbul edilə bilməz.
Digər tərəfdən, hədislərlə bağlı məsələlərə gəldikdə, bu gün Türkiyənin özündə də bu, illər sonra gündəmə gəldi, müəyyən cəhdlər göstərildi, bəzi kitablar da yazıldı. Türkiyədə Mehmet Görmezin rəhbərliyi dövründə də bu məsələni tam həll edə bilmədiyinə görə, yarımçıq qaldı. Bu günləri hədislərlə bağlı həmin məsələni gündəmə gətirib araşdırma aparmaq həqiqətən çox ciddi və təqdirəlayiq məsələdir. Amma bir şey də var: bu gün həmin insanlar həqiqətən Qurandan sonra ən mötəbər kitab hesab etdikləri Buxariyə “Qurandan sonra mötəbər kitab deyil” deyəcəklər? Yoxsa orda səhvlərin olduğunu deyəcəklər? Deyə biləcəklərsə, nə gözəl! O zaman bu günləri bizə qarşı gələn insanlar, Ərəbistanda oxuyub gələnlər fikirlərindən ya daşınacaqlar, ya da ki, onlardan gələn əmrləri yerinə yetirib susacaqlar. Ya da ki fərqli bir nəsil yetişdirəcəklər. Çünki əvvəllər Səudiyyə Ərəbistanında qadınların heç maşın sürməyinə belə icazə verilmirdi. Amma artıq bu günləri qadınların maşın sürməyinə icazə var.
Fətva verirdilər ki, niqab taxan qadının sadəcə iki gözü görünməlidir, daha sonra dedilər ki, iki gözü yox, bir gözünün görünməyi daha yaxşıdır.
Səudiyyə Ərəbistanında fətva verən qurum var. İndi həmin qurumun başındakı insanlar dəyişəcək? Yəni nə baş verəcək?
Məsələn, hazırda Məkkənin imamlarından biri olan Sulis bir zaman çox rahatlıqla çıxıb dedi ki, biz – Səudiyyə Ərəbistanı dünyanı Amerika ilə birlikdə idarə edirik. Yəni bu anlayışda olan insanların gətirdikləri nəticə və yaxud da dedikləri hədislər necə olacaq, mən anlamıram?! Həmin insanlar çıxıb deyəcəklər ki, bəli, sən demə biz səhv bilirdik, peyğəmbər 6 yaşında nişanlanmayıb, 9 yaşında Ayşə ilə evlənməyib. Biz bunu səhv bilirdik, sən demə, bu tamam fərqli olub, deyəcəklərmi? Və yaxud da peyğəmbərə 30 kişinin gücü verilmişdi ifadəsini işlədəcəklərmi? “Peyğəmbər bir gündə 9 xanımı ilə birlikdə oldu” ifadəsindəki yanlışları aradan qaldıracaqlarmı? Qurani Kərimdə dindən dönənin öldürülməsi yoxdur, bu, hədislərdə var idi, “bu hədislər yanlışdır” deyəcəklərmi? İçki içənin cəzalandırılması Quranda yoxdur, amma hədislərdə qeyd edilirdi, bunu deyə biləcəklərmi? Bundan başqa, namaz qılmayanın öldürülməsi və yaxud həbsə atılması ilə bağlı Quranda heç bir ayə olmadığı halda bunun yanlış olduğunu ifadə edə biləcəklərmi? Qadınların və yaxud zina edən kişilərin rəcm (daş-qalaq) edilməsinin Quranda olmadığını və bunun da hədislərdən gəldiyini, onların da doğru olmadığını ifadə eləyib, üzr istəyib, tövbə eləyə biləcəklərmi? Məsələyə bu aspektdən yanaşmaq lazımdır.
Amma mən bu qədər sadə olacağına inanmıram. Çünki onların bu sistemləri belə tezliklə dəyişəcəklərinə inanmıram.
Bilirsiniz ki, həccə gedəcək insanlar Səudiyyə Ərəbistanına ayın müəyyən günlərində aparılırlar. Bəzən insanlar sıxlıqdan elə ordaca həlak olurlar. Həmin mərkəz yaradılandan sonra onlar deyə biləcəklərmi ki, əslində Qurani Kərimdə həcc ayı 1 ay deyil. 3 ay ərzində də Həcc ziyarətini etmək olar?! Bunu deyəcəklər, yoxsa insanlardan daha çox pul almağa çalışacaqlar?! Necə davranacaqlar?
Başqa bir məsələ: Məkkə və Mədinəyə müsəlman olmayanların daxil olmağına icazə vermirlər. Həmin məsələni aradan qaldıracaqlarmı?
İlahiyyatçı “Sizcə, yeni mərkəzin yaradılmasında ABŞ-ın müdaxiləsi ola bilərmi?” sualının cavabını dünyada cərəyan edən hadisələrlə əlaqələndirib Səudiyyənin Amerikadan olan asılılığını ardıcıllıqla qeyd etdi:
“Adi bir məsələni qeyd edim. Trampın ilk xarici səfərinin Səudiyyə Ərəbistanına olması, Səudiyyənin Yəməndə husilərə qarşı müharibə aparması, İranla bağlı məsələdə yenə də məzhəbdən dolayı yaxınlaşaraq Amerikanın yanında başqa bir formada yer alması, eyni zamanda 300 milyard dollarlıq Amerikadan silah alması və bir neçə il ərzində də almaqda davam etməsi, daha sonra Qatarla bağlı bəzi radikal anlayışlara qarşı çıxıb qatarla əlaqələri kəsmələri və sair məsələlər onu göstərir ki, burda məsələ heç də bizim bildiyimiz qədər çox sadə deyil. Təbii ki, bunun arxasında çox ciddi məsələlər var. Bu məsələlərin də həyata keçirilməsi üçün həm neft erasının bitməsini, həm də fərqli bir sahədə körfəz ölkələrinə və yaxud da həmin o ərazidə, yaxın Şərqdə öz sözlərini demək üçün ortaya atılmış bir iddia ola biləcəyinə inanıram.
Çünki bu gün İŞİD hansı ilahiyyatçıların etiraz elədiklərini yerinə yetirir? Və ya ilahiyyatçıların demək olar ki, 90 faizi həmin İŞİD-in elədiklərinə inanırlar, sadəcə əllərinə o imkan, o fürsət düşmədiyinə görə sakitcə dayanıb İŞİD-in bəzi əməllərini tənqid edirlər”
Firuzə Alimova / A24.az

