Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində böyük bir şəhər inşa edəcək

05.03.2020 12:12

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman, Qırmızı dəniz sahilində böyük bir şəhər inşa edəcəklərini açıqlayıb.

Об этом сообщает Руспрес

A24.Az BBC-yə istinadən xəbər verir ki, Misir və İordaniya ilə də əlaqəli olacaq şəhərin tikintisi üçün 500 milyard dollar vəsait ayrılıb. Paytaxt Ər-Riyadda qlobal bir konfransda mövzu haqda danışan kral Bin Salman layihənin ilk mərhələsinin 2025-ci ildə tamamlanmasının planlaşdırıldığını söyləyib.

NEOM adı verilən və 26 min 500 kvadrat kilometr sahəni əhatə edəcək şəhər, Akabe Körfəzində və Süveyş Kanalı ilə dəniz ticarət yollarına yaxın məsafədə inşa ediləcək. Mega şəhərin enerji, su, biotexnologiya, qida, gələcək istehsal, əyləncə kimi sənayelərlə genişlənməsi planlaşdırılır. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu, şəhərdə təkcə külək və günəş enerji qurğularını quraşdırılacağını bildirib. Fonddan bildiriblər ki, NEOM dünyanın ən mühüm iqtisadi kanallarından birində yerləşəcək: “Strateji məkanda yerləşməsi regionun Asiya, Avropa və Afrika birləşdirən qlobal bir mərkəz olmasını asanlaşdıracaq”.

Orxan Aslanlı // A24.Az