Səudiyyə Ərəbistanı sərt təlimat verdi: Əl-Cəzirəyə aid bütün kanallar silinəcək!
05.03.2020 12:12Səudiyyə Ərəbistanı ölkəsində olan otel və turizm obyektlərinin mərkəzi Qətərdə yerləşən “Əl-Cəzirə” televiziyasına aid olan kanalların silinməsi tələb edilib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə edilən məlumata görə, nazirlikdən verilən yazılı açıqlamada turistik otellər və qonaqların yerləşdirildiyi mehmanxana başçılarının peykdən televiziya yayımını alan sistemlərdə xüsusilə ölkənin rəsmi kanallarının olmasının vacibliyi, Səudiyyə Ərəbistanı, din və əxlaq əleyhinə kanalların isə yer almayacağı bildirilib.
Mərkəzi Qətərdə yerləşən Əl-Cəzirəyə aid olan kanllar silinəcək…
Əlaqədar idarəçilik maddələrinə uyğun olaraq prezident aparatı Əl-Cəzirəyə aid olan bütün kanalların silinməsini tələb edib.
Kanalları silməyənlərə pul cəzası…
Açıqlamada kanalların yayımının dayandırılmayacağı təqdirdə hər bir sahibkara 100 min Səudiyyə Ərəbistanı rialı (26,6 min dollar) pul cəzasının kəsiləcəyi bildirilib.
Bəhreyndə həbs cəzası…
Birləşmiş Ərəb Əmirliklərindən sonra Bəhreyn də Qətəri dəstəkləyənləri 5 ilə qədər həbslə cəzalandırılacağını bildirib. Bəhreyn Daxili İşlər Nazirliyindən verilən açıqlamada yazılı, sözlü və ya hər hansı bir formatda Qətərə dəstək verən paylaşımların pulla və ya 5 il həbs cəzası ilə cəzalandırılacağını qeyd edib.
BƏƏ isə Qətərə dəstək verən açıqlamaların 3-15 il həbs cəzas və 136 min dollardan az olmamaqla pulla cəzalandırılacağını açıqlayıb.
Firuzə Alimova

