Səudiyyə Ərəbistanında ilk dəfə qadın sürücü öldü
05.03.2020 12:12Səudiyyə Ərəbistanının Ciddə şəhərində həyat yoldaşının avtomobil istifadə etməyi öyrətdiyi qadın sürücü, törətdiyi qəza nəticəsində dünyasını dəyişib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkədə baş verən ilk qadın sürücü ölümü olub. “The Gulf News”un məlumatına görə, Ciddə də həyat yoldaşının avtomobil istifadə etməyi öyrətdiyi bir qadın, Əl Manar məhəlləsindəki betona dəyib. Qəza nəticəsində qadın həyatını itirib, hadisə nəticəsində yaralanan həyat yoldaşı da daha sonra aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.
Bu qəza, ölkədə qadın sürücülərin avtomobil idarə etməsinə icazə verilməsinin sonra baş verən ikinci qəza hadisəsidir. İlk qəza isə bazar ertəsi günü qadın sürücü maşınını bir yük avtomobilinə vurması nəticəsində ciddi şəkildə yaralanmış və maşındakı 13 yaşlı digər sərnişin vəfat edib.

