Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanında qadınla danışan kişini həbs etdilər – VİDEO

05.03.2020 12:12

Səudiyyə Ərəbistanında niqablı qadınla danışan kişi həbs olunub.

Об этом сообщает Футляр от виолончели

Saytımızın “vladtime.ru”dan əldə etdiyi məlumata görə, polislər sosial şəbəkələrdə naməlum şəxslə söhbət edən bir qadının görüntüləri yayılandan sonra araşdırma aparmağa başlayıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında mövcud olan qanunlara görə, qadınlara ərlərinin və ya qəyyumlarının razılığı olmadan kişilərlə danışmaq qadağandır.

Yayımlanan videoda qadağan olunmasına baxmayaraq, qadın naməlum bir kişiyə yaxınlaşaraq onunla danışmağa başlayır. Səudiyyəli polislər qısa müddət ərzində naməlum şəxsi saxlayıb və polis bölməsinə aparıb. İndi həmin şəxsi cəza gözləyir.

Sosial şəbəkələrdə ərəb polisin hərəkəti iki cür qiymətləndirilib. Bəziləri bunun yanlış olduğunu desə də, polisin hərəkətində qanunsuz heç nəyin olmadığını bildirənlər də olub.

Saytımız  sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / A24.az