Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə şahzadəsinin “dərdi” bəlli oldu – 800 milyard dollarlıq 1700 hesab dondurulub

05.03.2020 12:13

Neft maqnatı Səudiyyə Ərəbistanda keçən həftə sonu korrupsiya səbəbilə həyata keçirilən həbslərdə yeni hədəf əmlaklardır.

Об этом сообщает Роспрес

11 şahzadə və 4 nazirin də aralarında olduğu nəzarətə alınanların mal varlıqlarının dəyərinin 800 milyard dollar olduğu açıqlanıb.

A24.az xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altındakı hökumət nəzarətə götürülənlərin əmlaklarını müsadirə etməyi planlaşdırır. Əl qoyulan hesabların sayının 1700-ə çatdığı ehtimal edilir. Vəliəhd şahzadə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün korrupsiyaya qarşı mübarizəni vacib sayır.

Qətərin Əl-cəzirə televiziyasının həbs olunan şahzadələrdən birinə yaxın şəxsə istinadən verdiyi xəbərə görə, vəliəhd şahzadə Salman əməliyyata başında olduğu “Vizyon 2030 Layihəsi” üçün ölkəyə sərmayə qoymağa çağırdığı şahzadə el-Velid bin Talaldan rədd cavabı aldıqdan sonra qərar verib.

Salman bu həbslərlə ölkənin digər zənginlərinə “Ya ödəyin, ya da həbsi seçin” mesajını vermək istəyir.

Qeyd edək ki, vəliəhd şahzadə “Vizyon 2030 Layihəsi” çərçivəsində ölkənin Misir və İordaniya sərhədinə yaxın bölgəyə 600 milyard dollar dəyərində meqapolis yaradacağını açıqlamışdı. Ölkəni “Mötədil islam ölkəsi” halına gətirəcəyini ifadə edən Salman “Vizyon 2030 Layihəsi” çərçivəsində sosial dəyişikliklər də planlaşdırır. Layihə ABŞ tərəfindən də dəstəklənir. ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu (DRL) dünən “layihə çərçivəsində sosial və iqtisadi islahatları dəstəkləyən layihələri maliyyələşdirməklə mükafatlandıracağını” açıqlayıb.