Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyədə aralarında nazirin də olduğu 20 nəfər azad edilib

05.03.2020 12:13

Səudiyyə Ərəbistanı hökuməti bundan əvvəl korrupsiyada ittiham olunan azı 20 nəfəri həbsdən azad edib.

Об этом сообщает Роспрес

Saytımız TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü “The Wall Street Journal” qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, son həftə ərzində azad olunanların sırasında nüfuzlu şəxslər də var. Bu, xüsusilə keçmiş maliyyə naziri və Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti rəhbərliyinin üzvlərindən biri olan İbrahim Əbdül Əziz əl-Əssafdır. O, müqəddəs Məkkədə məscidin genişləndirilməsi layihəsi ilə bağlı fırıldaqçılıqda ittiham olunurdu.

Sərbəst buraxılanlar arasında şahzadə Turki bin Xalid, həmçinin maliyyə nazirinin sabiq müavini və “Saudi Telecom” şirkətinin keçmiş rəhbəri də var.

Tezliklə korrupsiya ittihamları ilə əlaqədar məhkəmə prosesinə start veriləcək.