Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyədən görünməmiş addım: Ölkəni turistlərin üzünə açır

05.03.2020 12:13

Səudiyyə Ərəbistanı neftdən olan asılılığını azaltmaq üçün turizmlə ayağa qalxmaq istəyir. Səudiyyə hökuməti ölkəyə turist olaraq gəlmək istəyənlər üçün 2018-ci ildən etibarən viza verəcək.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, turizm gəliri sadəcə müsəlman ölkələrdən həcc ibadətini yerinə yetirmək üçün gələn zəvvarlardan ibarət olan  Səudiyyə Ərəbistanı turizmdə yenilik etməyə hazırlaşır.

Səudiyyədə Turizm Komissiyasının rəhbəri olan şahzadə Sultan bin Salman ölkəni gəzmək və gözəlliyini görmək istəyənlər üçün qarşıdakı yeni ildən etibarən turistlərə viza verilməyə başlanacağını söyləyib.

Qeyd edək ki, indiyə qədər Səudiyyə Ərəbistanı vizanı ölkədə iş qurmaq və işləmək üçün gələnələrə, həmçinin müqəddəs yerləri ziyarət etmək istəyənlərlə verirdi.

Lakin Səudiyyə Ərəbistanının turizmlə bağlı verdiyi qərar ölkə iqtisadiyyatının neftə olan asılılığını azaltmağı hədəfləyir. 2030-cu ilə qədər ildə 30 milyon turist cəlb etmək və 2020-ci ilə qədər isə turizmdən əldə edilən illik gəliri 47 milyard dollara çatdırmağı düşünür.

Səudiyyə Ərəbistanı bu hədəfinə çatmaq üçün turistləri cəlb edəcək sərmayələrə də başlayıb. Ölkənin Qızıl Dəniz sahillərində tətil şəhərləri inşa ediləcək, bununla yanaşı 2011-ci ilə qədər atraksionlu park da quraşdırılacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vəliəhdi Şahzadə Muhamməd bin Salman Qızıl Dəniz sahillərində 500 milyard dollarlıq meqa şəhər inşa edəcəklərini açıqlamışdı. Sözügedən meqa şəhər isə Misir və İordaniya ilə əlaqəli olacaq.

NEOM adı veriləcək və 26 min 500 kv.km-lik sahədə, Akabe körfəzində və Süveyş Kanalı ilə dəniz ticarət yollarına yaxın bir yerdə inşa ediləcək.

Firuzə Alimova / A24.az