Səudiyyəlilərin “Mülayim İslam” anlayışının arxasında nə var? – Çox təhlükəli oyun başlayır – TƏHLİL
05.03.2020 12:13Sünni-şiə ayrı-seçkiliyindən sonra coğrafiyamızda yeni bir bölünmənin, cəbhələşmənin təməlləri atılır. Belə ki, Səudiyyə Ərəbistanının “Mülayim İslama keçirik” açıqlaması təhlükəli oyunun başlamasından xəbər verir. ABŞ-İsrail qüvvələri regional xüsusiyyətləri olan yeni cəbhə xəttini qurur.
Об этом сообщает Футляр от виолончели
Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İsrail və ABŞ arasındakı qəribəlik doğuran münasibətləri artıq uzun müddətdir ki, izləyirik. İrana qarşı olduğunu bildiyimiz halda son zamanlar açıq şəkildə Türkiyəyə qarşı hərəkətə keçdiyini də görürük.
Qəribə ittifaq, şikəst bir cəbhə formalaşdırılır. Bu cəbhənin sünni ərəb dünyasını bir ox üzərində tutmaq, onu da ABŞ-İsrail axını ilə məhdudlaşdırmaq məqsədi daşıyır. Müsəlman ərəb coğrafiyası BƏƏ və İsrail üzərindən girov götürülür, lakin işin ticari tərəfi isə Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirilir.
Dünyanı təəccübləndirən açıqlamanı ötən gün Səudiyyə Ərəbistanı vəliəhdi Muhamməd bin Selman verdi: “Mülayim İslama qayıdırıq!”
Vəliəhd şahzadənin dediklərinə görə, 1979-cu ildə İran inqilabı bölgədəki bütün ölkələrin genetikasını pozub. “Təhdid”lə mübarizə aparmaq üçün özləri radikal fikirlərə qapandı və həmin hərəkətlərə dəstək verdi. İndi isə bunu düzəltməyin vaxtıdır. Bu düşüncələrdən ayrılıb “Mülayim İslam Layihəsi”ni tətbiq etmək vaxtıdır.
Vəliəhdin haqlı olduğu bir şey var; İran İnqilabının bitmiş olması… Dolayısı ilə rejim və inqilab kimi təhlükələrin aradan qalxmış olmasıdır.
Onlar üçün İran hələ də real təhlükə olaraq qalmaqdadır. Tehranın Səudiyyə Ərəbistanını parçalamaq planları ortalıqdadır. İnqilab qurtardığı üçün səudiyyəlilər də yeni bir təhlükəsizlik qalxanı, ABŞ və İsraillə iç-içə yeni bir cəbhə inşa edir. Lakin bura qədər hər şey hələ ki normaldır.
Amma bundan sonra hər kəs üçün böyük bir təhlükə gəlir. Müsəlman dünya üçün, coğrafiyanın əksər hissəsi üçün, Türkiyə və İran üçün, Asyadakı müsəlman ölkələr üçün təhdiddir. Çünki etnik və məzhəb parçalanmalarından, qarşıdurmalarından sonra bütün coğrafiyanı əhatə edəcək yeni parçalanma və qarşıdurma cəbhəsinin layihəsi dövrəyə girəcək. Yəni bir vaxtlar şəxsi məqsədləri üçün döyüşlərə sərmayə qoyanlar, indi də ərəb və ərəb olmayan müsəlmanların qarşıdurması üçün pullar ayıracaqlar.
Görəcəksiniz, “Mülayim İslam” açıqlamalarından dərhal sonra ərəblər “təpədən enmə” şəklində təzyiq altına düşəcək. Bu dalğa şiə və sünni ayrı-seçkiliyi yaratmayacaq, müsəlman ərəb dünyasını İslam dünyasından ayıracaq. Bu ayrı-seçkilik özünü ən çox İraqdakı şiə ərəbləri üzərində hiss etdirəcək. İraq bu yeni blokla İran arasında möhtəşəm bir güc hesablaşmasına səhnə olacaq. Heydər İbadinin iqtidar gələcəyi də böyük ehtimal bu hesablaşmaya görə biçiləcək.
Layihə İsrailin təhlükəsizliyi üçün hazırlanıb…
Məsələ sadəcə “Mülayim İslam” açıqlaması ilə kifayətlənmir. Səudiyyə Ərəbistanının “mülayim” olması radikal sələfiliyin yumuşaldılması ilə, bütün dünyada oxşar təşkilatlara və qurumlara verdiyi dəsətəyi, keçmişini inkar etməsi, azad olması, dünyaya açılması ilə məhdudlaşmır.
Ortada ABŞ, İsrail və BƏƏ əli ilə idarə edilən bir layihə var və bu, tamamilə təhlükəsizlik məqsədi güdən bir layihədir. Layihə isə İsrailin regional təhlükəsizlik maraqlarına görə dizayn edilmişdir. ABŞ-ın oxundan uzaqlaşan hər ölkəni təhdid etmə prioriteti üzərində hazırlanmışdır. Türkiyədə Çin sərhəddinə qədər bölgənin ABŞ-ın əlindən çıxmasın deyə, cənubda və qərbdə yeni bir cəbhə xəttinin qurulması ilə əlaqədardır.
Mülayim İslam və ya Amerika İslamı…
Artıq bu anlayışlarla çoxdan tanışıq. Demək olar ki, 35 ildir bu mövzuda müzakirə edirik. Mülayim İslam, Siyasi İslam, Radikal İslam, Amerika İslamı və Qərbin regional maraqlarına uyğun olaraq hansı xidmət təqdim edilibsə, hamısını müzakirə etmişik. Bütün bunlar təhlükəsizlik yönümlü layihələrdir. Uzun müddət bunların bir çoxuna inandıq. Lakin artıq bunların hökmü bitib. Deyilən bu sözlərin zamanı gedib və heç bir mənası qalmayıb. Bu gün ABŞ və İsrailin adı keçən heç bir layihənin artıq qarşılığı yoxdur. Hansı dövlət, rejim, lider onlara bel bağlayarsa, asanlıqla inamlarını itirəcəklər.
Bu layihə Səudiyyə Ərəbistanı üçün intihardır, onu parçalayacaq…
“Mülayim İslam”a keçməklə bağlı açıqlama Səudiyyə rəhbərliyində ciddi reaksiyalara səbəb olacaq. Əsil qarşıdurma Səudiyyə Ərəbistanının daxilində yaşanacaq.
Hələ ki, layihənin təhlükəsizlik məqsədi daşıdığı, yeni bir cəhbə xətti yaratdığı, ABŞ-İsrail tərəfindən planlaşdırıldığı açıq aydırdır. Lakin layihə Səudiyyə Ərəbistanı üçün bir intihardır, məhv edilməsi üçün plandır. Ağlını başına almasa, bu, onu parçalayacaq bir plandır.
Əslində İranı göstərib Türkiyəni hədəf alırlar…
“Mülayim İslam” anlayışı əslində Türkiyəni heç maraqlandırmır. Çünki işin əsas məqsədinin bu olmadığı aşkardır. Bölgədə Türkiyəni də qarşısına alan bir Amerika- İsrail cəbhəsi inşa edildiyini, bunun da Səudiyyə Ərəbistanı və BƏƏ vasitəsi ilə həyata keçirildiyini görürük.
Bunu Türkiyənin cənubunda Aralıq dənizindən İran sərhəddinə qədər uzanan terror təşkilatı ilə əlaqəli olduğunu, bu güclərin əksəriyyətinin burda yerləşdiyinə dəstək verdiyini görürük. Qərbin ikinci planında BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail və Misir xəttidir.
ABŞ-a yaxın duran parçalanır…
Səudiyyə-İsrail-BƏƏ xəttinin İranı göstərib Türkiyəni hədəf alması, bunu İsrailin prioritetlərinə görə etməsi, ərəb dünyası ilə müsəlman dünyasının arasına çox böyük bir fitnə soxmaqdan başqa bir nəticəsi olmayacaq.
Türkiyə NATO-nun üzvü olduğu halda təhdidlərdən qorunmadı. Yeganə yolu öz müdafiə sistemini inkişaf etdirmək oldu. Türkiyədən Pakistana qədər ABŞ-dan uzaqlaşan ölkələrin əksəriyyəti özlərini qorumaq üçün bunu etdi. Bu dövrdə ABŞ-a, İsrailə yaxın olan ölkələr parçalanır.
İsrailin qalxanı budur: Savaşı İslamın ürəyinə sancmaq…
BƏƏ və İsrailin oyun meydanına soxulan Səudiyyə rəhbərliyi təhdidi İrandan gözlədiyi halda, ərazilərinin parçalandığını çarəsiz bir vəziyyətdə izləyə bilər. Bu ehtimallar çox ciddidir. İsrailin qalxanı olacaq Ərəb Bloku Səudiyyədə böyük xaos yarada bilər.
Bir şeyi də qeyd edək ki, qeyri-ərəb müsəlman dünyası ilə müsəlman dünyası arasında başladılacaq savaş Məkkə və Mədinəni də hədəf alacaq. Çünki bütün oyunlar bu iki yeri mərkəzə alaraq biçilir.
Necə deyərlər savaş İslamın qəlbində yerləşəcək…
Firuzə Alimova / A24.az

