Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sevgililər günü hansı teatra getmək olar? – SEVGİ TAMAŞALARI

05.03.2020 12:13

Sevgililər günü cütlüklər bir-birinə müxtəlif sürprizlər edir. Bəzi insanlar üçün isə 14 fevral ən çox məsuliyyət duyduqları, günün planını qurmaqda çətinlik çəkdikləri tarixdir.
A24.Az “Müqəddəs Valentin Günü”nü sevgilisi ilə teatrda baş-başa keçirmək istəyənlər üçün plan təqdim edir; bu gün teatrlarımızda hansı tamaşalar nümayiş olunur? Öncədən onu qeyd edək ki, bu il “14 fevral” çərşənbə axşamına təsadüf etdiyindən Azərbaycanda tamaşa ilə zəngin gün hesab olunmur. Əksər teatrlar tamaşalarını istirahət – cümə, şənbə, bazar günlərinə saldığından sevgililər gününə demək olar ki, əliboş gəlib.
Bununla yanaşı “Müqəddəs Valentin Günü”ndə sevgilinizlə qol-qola girib gedəcəyiniz teatrlar da yox deyil: təbii ki, sevgiliniz də sizin kimi sənət, gözəllik aşiqidirsə.

Об этом сообщает Футляр от виолончели

Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün sevgilililəri müşayət edəcək teatrlardandır. Burada 14 fevralda günün ritminə uyğun “Bir gecənin nağılı” tamaşası nümayiş olunacaq.
Səhnə əsəri Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı isə İradə Muradovadır. Tamaşada rolları Zülfiyyə Alhüseynova (Gülnaz) və Eşqin Quliyev (Namiq) ifa edəcəklər. Səhnə əsəri iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi haqqındadır.

Sevgililər günü qapılarını tamaşaçıların üzünə açan digər teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıdır.
Sevgililər günü burada Kiyev Kölgə Teatrının olduqca maraqlı nümayişi olacaq.

Sərdar Amin, A24.Az